İranın Olimpiadadakı yeganə azərbaycanlı medalçısı siyasi səbəblərə görə ölkəni tərk edib
Taekvondo üzrə Olimpiya oyunlarının mükafatçısı, əslən azərbaycanlı Kimiya Əlizadə İranı tərk edib. VOİCEPRESS-in verdiyi xəbərə görə, bu barədə “fars.ru” məlumat yayıb. İdmançı sosiyal şəbəkədə öz səhifəsində “ölkədə milyonlarla zülmə məruz qalan qadınlardan biri” olduğunu yazıb. “Onlar məni hara istəyirdilər, ora göndərirdilər. Mən onların dediklərini daşıyırdım. Mən onların hər təklifini təkrarlayırdım”, – taekvondoçu qeyd edib. Əlizadə əlavə edib ki, İran […]